RU
Abdulla Güldən Ərdoğana təpki: Mitinqlərə qatılmayacaq
13:23
755

Abdulla Güldən Ərdoğana təpki: Mitinqlərə qatılmayacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binalı Yıldırım sabah Abdullah Gülün məmləkəti Kayseridə mitinq keçirəcək. Abdullah Gülün mitinqə qatılmayacağı məlum olub. 

7News.az xəbər verir ki, referenduma 15 gün qalmış prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Binalı Yıldırım sabah Kayseridə birgə mitinq keçirəcək.

AKP-nin Kayseri bölgə təşkilatınan sədri Hüseyn Cahit Doğma verdiyi açıqlamada, "2 aprel bazar günü saat 16:30da Kayseri həm prezidentimiz Rəcəb Tayyib Ərdoğan, həm də baş nazirimiz Binalı Yıldırımı qəbul edəcəyik. Bütün Kayseri həmvətənlərimizi Cümhuriyət meydanında gözləyirik” deyib.

Kayseri 11-ci prezidenti Abdullah Gülün məmləkətidir. Gülün sabah keçiriləcək mitinqə qatılıb qatılmayacağı maraq mövzusu olub. "CNN Türk”ün xəbərinə görə, Abdullah Gül sabah keçiriləcək prezident mitinqinə qoşulmayacaq. Gülə yaxın mənbələrdən verilən məlumata görə, Gülün siyasi proqramlarda iştirak etməmək qərarı davam edir.//cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ