Türkiyənin sabiq Prezidenti Abdullah Gül bu gün İstanbuldakı Kadıköy xəstəxanasında cərrahiyyə əməliyyatı keçirib.
7News.Az-ın "Anadolu" agentliynə istinadən verdiyi məlumata görə, A.Gül sağ əlinin şəhadət barmağında uzun müddət əvvəl yaranan problem səbəbindən xəstəxanaya müraciət edib.
Uğurlu əməliyyatdan sonra sabiq Prezident xəstəxanadan evə buraxılıb.








