RU
Abituriyentlər üçün apellyasiya tarixi bəlli oldu
17:20
967

Abituriyentlər üçün apellyasiya tarixi bəlli oldu

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə iyulun 27-28-də keçirilmiş qəbul imtahanlarının nəticələri artıq açıqlanıb.

7News.Az xəbər verir ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 33610 abituriyentdən (I qrup üzrə 28605 nəfər, IV qrup üzrə 5005 nəfər) 1878 nəfəri (I qrup üzrə 1696 nəfər, IV qrup üzrə 182 nəfər) imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən abituriyentlərdən 26 nəfəri qaydaları pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

DİM tərəfindən avqustun 13-dən etibarən onlayn ("Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 11-13 avqust tarixlərində apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. 

Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ