Suriya Prezidenti Bəşər Əsəd "Frans-Press" agentliyinə müsahibə verib.
7News.az bildirir ki, ABŞ təyyarələrinin Deyr əz-Zor şəhərində Suriya ordusunu hədəfə aldığını deyən Əsəd hücumun qəsdən planlaşdırıldığını iddia edib:
"ABŞ qəsdən ordumuzu vurdu. Bombardman azı 1 saat davam etdi. Hələbdə humanitar karvanın atəşə tutulmasına görə bizi və Rusiyanı günahlandırmaq olmaz. Hökumətimiz heç vaxt Hələbə yardım göndərilməsini əngəlləməyib. Sadəcə, ABŞ-ın Suriyadakı terrorçulara qarşı Rusiya ilə birgə çalışmaq niyyəti yoxdur".
Xatırladaq ki, bir neçə gün öncə ABŞ Hərbi Hava Qüvvələri Suriya ordusunu hədəfə alıb. Nəticədə 62 hərbçi ölüb, 100 nəfər yaralanıb./axar.az
7News.az








