ABŞ federal hökumətinin büdcə kəsiri 2024-cü maliyyə ilinin ilk ayı olan oktyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə 24 faiz azalaraq 66,6 milyard dollar oldu.
7NEWS.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi oktyabr ayı üçün büdcə balansı hesabatını dərc edib. Buna görə federal hökumətin büdcə kəsiri 1 oktyabr 2023-cü ildə başlayan və 30 sentyabr 2024-cü ildə sona çatacaq 2024-cü maliyyə ilinin ilk ayında 66,6 milyard dollar olaraq hesablandı.
7NEWS.az








