RU
ABŞ 4 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib
14:50
235

ABŞ 4 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib


ABŞ Maliyyə Nazirliyi 2020-ci ildə Aleksey Navalnının səhhətində yaranan problemlə bağlı yaranmış vəziyyətdə əli olduğu güman edilən 4 Rusiya vətəndaşının "qara siyahıya” salındığını açıqlayıb. 

7NEWS.az xəbər verir ki, Navalnı 20 avqust 2020-ci ildə Tomskdan Moskvaya uçarkən özünü pis hiss edib. Təyyarə Omsk şəhərində məcburi eniş edib. Navalnı komada xəstəxanaya yerləşdirilib. Rusiyalı mütəxəssislər Navalnının qanında heç bir zəhərli maddə aşkar etməyiblər. Ailəsinin qərarı ilə Navalnı 22 avqust 2020-ci ildən Berlindəki özəl xəstəxanada müalicə olunurdu. Alman mütəxəssislər Navalnının qanında zəhərli maddələr aşkar etdiklərini açıqlayıblar. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ