7NEWS.az xəbər verir ki, Oktyabrın 7-də HƏMAS ilə münaqişə başlayandan bəri İsrailə dəstəyini bəyan edən ABŞ Aralıq dənizində ABŞ donanmasının gücü olan 6-cı donanmanın komandanlıq və nəzarət gəmisi USS Mount Whitney-ni İsrailə göndərir. ABŞ Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamaya görə, ötən gün İtaliyanın Qaeta limanını tərk edən komanda gəmisi "ABŞ əməliyyatlarına dəstək vermək üçün" Şərqi Aralıq dənizinə doğru yola düşüb.
7NEWS.az








