ABŞ-ın Klivlend ştatı yaxınlığında Eyr gölü üzərində hərəkət edən təyyarə radarlardan itib.
Təyyarədə 6 nəfər olub. Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, təyyarə havaya qalxdıqdan sonra gölün təxminən 3200 metr hündürlüyündə ekipajla əlaqə kəsilib.
Kolumbus istiqamətində getdiyi bildirilən "Cessna Citation 525” tipli kiçik təyyarədə 3 uşaq və üç böyük adamın olduğu açıqlanıb.
Eyr gölündə xilasedicilər axtarışlara başlayıb./publika
7news.Az








