RU
ABŞ açıqladı:
14:10
575

ABŞ açıqladı: "Rakkada 2 min İŞİD terrorçusu var"

ABŞ-ın İŞİD-ə qarşı mübarizədəki xüsusi nümayəndəsi Brett Makqark yeni açıqlama verib.

Brett Rakkada 2 minə qədər İŞİD terrorçusunun qaldığını bildirib. Makqark bildirib ki, iyun ayında başlayan əməliyyatlar nəticəsində Rakkanın 45%-i terrorçulardan təmizlənib.

ABŞ PKK terror qruplaşmasının Suriya qanadı sayılan YPG liderliyində "Suriya Demokratik Qüvvələri"ni Suriyanın şimalında İŞİD-ə qarşı mübarizə məqsədi ilə qurmuşdu.

İŞİD 2014-cü ildə Rakkanı işğal edərək öz paytaxtı elan etmişdi./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ