Birləşmiş Ştatlar aviasiyası İŞİD-in İraqın şimalında yerləşən Mosul şəhərindəki əsas maliyyə mərkəzini məhv edib.
Bu barədə Pentaqondan bildirilib.
Qırıcılar terrorçuların maliyyə vəsaitlərini saxladığı binaya iki güclü aviazərbə endirib. Bombardman nəticəsində ölənlərin sayının 7 nəfəri keçdiyi deyilir.
ABŞ rəsmilərinin yaydığı məlumatda, terrorçular həmin binada saxlanılan pulu İraq və Suriya ərazisində keçiriləcək əməliyyatlara xərcləməyi planlaşdırırdılar./apa
7news.az








