Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh razılaşmasının əldə olunması, regionda normallaşma üçün "imkan pəncərəsi” görürük.
7NEWS.Az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid mətbuat konfransında bildirib.
O vurğulayıb ki, sülh çətindir. Çünki uzun müddət bu regionda münaqişə olub, insanlar faciə ilə üzləşib:
"Mən bu gün Şəhidlər Xiyabanında oldum, münaqişə dövründə həyatını itirənlərin xatirəsini yad etdim. Sülh çətindir, amma biz kömək etmək istəyirik. Çünki inanırıq ki, hazırda hər iki ölkə üçün imkan var”.
Karen Donfrid "imkan pəncərəsi”nin nə qədər müddət olacağını bilmədiklərini diqqətə çatdırıb:
"Bütün tərəfləri təşviq etmək istərdik ki, regionda sülhün əldə olunması üçün səylərində davamlı olsunlar.
Mən ümid edirəm ki, normallaşma prosesində uğurlu nəticə görsək, bu regional inteqrasiyaya yol açacaq, xalqlar üçün səmərəli olacaq”.
7NEWS.Az








