Makedoniyanın "Oxrid" klubunda çıxış edən ABŞ basketbolçusu Kemeron Mur elə ilk məşqindəcə dünyasını dəyişib.
7News.az-ın sportando.com-a istinadən verdiyi məlumata görə, 25 yaşlı idmançının ölümünə ürəyindəki problemlər səbəb olub.
Mur peşəkar karyerası ərzində Ukrayna və İtaliyanın müxtəlif klublarında çıxış edib.
7News.az








