ABŞ Suriya hökumətinə xəbərdarlıq göndərib.
7news.Az xəbər verir ki, Xarici İşlər Nazirliyi Bəşər Əsəd rejimini İordaniya və İsrail sərhədləri yaxınlığında hərbi əməliyyatlar keçirməsi və müxaliflərin nəzarətində olan Deraa bölgəsinə hücum etməsinə dair yayılan xəbərlərdən narahat olduqlarını bildirib.
Vaşinqton hökuməti Əsəd rejiminin hücum başlatması təqdirində konkret qərar qəbul edəcəyini açıqlayıb.
Xatırladaq ki, Deraa sakinləri dünən rejimə aid təyyarələrdən yaxınlaşmaqda olan hücumu xəbər verən broşürlər atıldığını bildirmişdi.
Qeyd edək ki, ötən il ABŞ, Rusiya və İordaniya Suriyanın cənub-qərbində gərginliyi azaltma bölgəsi yaratmaq üçün razılaşma əldə etmişdi.
ABŞ və İsrailin Əsəd rejiminə dəstək verən İranın fəaliyyətlərindən narahat olduğu göz qabağındadır. İsrail işğal altında saxladığı Qolan təpələrinin yaxınlığına İran qüvvələrinin yanaşmasını birbaşa təhdid olaraq görür.
7news.Az








