ABŞ BMT İnsan Haqları Şurasında islahatları dəstəkləməyən Human Rights Watch (HRW) və bir sıra beynəlxalq təşkilatlarla işləməkdən imtina edib.
7news.Az xəbər verir ki, bununla bağlı HRW təşkilatına ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli məktub göndərib.
"Bilməlisiniz ki, BMT İnsan Haqları Şurasında islahatlara mane olmağınız ABŞ-ın şuradan çıxmasının əsas səbəblərindədir”, - məktubda deyilir.
Heyli qeyd edib ki, bir il öncə İnsan Haqları Şurasında islahatlar üçün əsas istiqamətləri açıqlamışdı: "Şuranın tərkibinin keyfiyyətini yaxşılaşdırmaq” və "İsrailə qarşı olan münasibətlərdən” qurtulmaq.
Heylinin fikrincə, islahatlara mane olmaqla HRW insan haqları məsələsində Rusiya və Çinin tərəfində dayanıb.
7news.Az








