RU
ABŞ birjası çökdü
16:26
531

ABŞ birjası çökdü

ABŞ-da səhmlər neft qiymətlərindəki azalma və pərakəndə satışlarda geriləməni göstərən rəqəmin açıqlanmasının ardından kəskin düşüb.

“Dow Jones” (Dou Cons) Sənaye İndeksində azalma 500 bəndi aşıb və 15,866 bəndə enib. `Nasdaq` 2.74, “Standard & Poor”sun 500 indeksi 2.5 faiz itki ilə 1,858.91 bənd olub.

Bundan başqa “Citigroup və Wells Fargo”-nun səhmləri ən azı 3.8 faiz, “Wal-Mart Stores”-in səhmləri 2.1 faiz düşüb.

Dünya birjasında neftin qiymətdən düşməsi davam edir. İranın da bazara girməsindən sonra `qara qızıl`ın qiymətinin daha da enəcəyi ehtimal edilir. Bu gün neft qiymətləri 28 dollara düşüb. /azvision

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ