RU
“ABŞ bizi qorumayacaq, ordumuzu yaradaq”
13:45
336

“ABŞ bizi qorumayacaq, ordumuzu yaradaq”

Avropa ordusunun yaradılması qaçılmazdır, çünki gələcəkdə, çox güman ki, ABŞ qitənin təhlükəsizliyinin qayğısına qalmayacaq.

 

7News.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker deyib.

 

Onun sözlərinə görə, yeni seçilmiş ABŞ prezidenti Avropanın təhlükəsizliyində maraqlı olmayacaq:

 

"Biz hamımız, xüsusən Almaniya amerikalılara borcluyuq. Lakin daha amerikalılar avropalıların təhlükəsizliyinin qayğısına qalmayacaq. Bunu biz özümüz etməliyik. Avropa müdafiə ittifaqına dair məsələ gündəmə gətirilməlidir. Avropa ordusunun yaradılması qaçılmazdır”.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ