RU
ABŞ çalxalanır: Trampa qarşı etirazlar artır- FOTOLAR
12:42
762

ABŞ çalxalanır: Trampa qarşı etirazlar artır- FOTOLAR

ABŞ-ın Nyu-York şəhərində ölkənin yeni seçilmiş prezidenti Donald Tramp əleyhinə keçirilən etiraz aksiyası zamanı polis 30 nəfəri saxlayıb.

D.Trampa qarşı etiraz edən minlərlə sakin şəhər küçələrinə çıxaraq Trump Tower göydələninə qarşı yürüş keçirməyə cəhd göstərib.

Etiraz aksiyaları Çikaqo, Filadelfiya və Bostonda da keçirilib.

Xatırladaq ki, D.Tramp noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlib. Yeni seçilmiş prezident yanvarın 20-də inauqurasiyadan sonra vəzifəsinin icrasına başlayacaq. Demokratların namizədi Hillari Klinton isə seçicilərin yetərincə səsini toplaya bilməyərək öz məğlubiyyətini etiraf edib.

7News.az























BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ