RU
ABŞ casusu tutuldu: FETÖ-çü çıxdı
15:15
1543

ABŞ casusu tutuldu: FETÖ-çü çıxdı

NASA-da işləyən türk əsilli ABŞ vətəndaşı hərbi çevriliş cəhdinə görə dindirildikdən sonra tutulub.

7News.az Türkiyə mediasına istinadən bildirir ki, Hatay valisi Ercan Topaca deyib ki, Amerikadan Hataya yaxınlarını görməyə gələn bir kişi FETÖ-nün gizli üzvlərindən olduğu və ABŞ-a casusluq etdiyi iddia edilərək istintaqa cəlb edilib.

Vali Topaca Antalyada xüsusi əməliyyat zamanı ata-anasını görmək üçün gələn türk əsilli ABŞ vətəndaşı olan Serkan Gölgenin xüsusi xidmət orqanları tərəfindən saxlanıldığını deyib. Topaca sözlərinə belə davam edib:

"O, orta məktəbi Hatayda bitirdikdən sonra, Universitet təhsilini Fatih Universitetində başa vurub. Daha sonra Amerikaya gedərək orada magistr və doktorluq elmi dərəcəsini müdafiə edib. Müəyyən bir zamandan sonra da NASA-da işə başlayıb".

Ondan da "1 dollar" tapıldıb./milli.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ