7NEWS.az xəbər verir ki, Pentaqonun Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyindən (DSCA) verilən yazılı açıqlamada, ABŞ Dövlət Departamentinin Cənubi Koreyaya 3,5 milyard dollar dəyərində 36 ədəd "AH-64E Apache" vertolyotu və əlaqədar avadanlıqların göndərilməsinə icazə verdiyi bildirilib. Satışın təsdiqi ilə bağlı Konqresə bildiriş göndərildiyi bildirilən açıqlamada, helikopterlərin Cənubi Koreyanın Hind-Sakit Okean bölgəsində siyasi sabitliyini və təhlükəsizliyini artırmaq səylərinə töhfə verəcəyi qeyd edilib.
7NEWS.az








