RU
ABŞ Cənubi Koreyaya dünyanın ən böyük sualtı qayıqlarından birini yerləşdirdi
14:34
55

ABŞ Cənubi Koreyaya dünyanın ən böyük sualtı qayıqlarından birini yerləşdirdi


ABŞ-ın "Ohayo sinifi” idarə olunan ballistik raket sualtı gəmisi "USS Michigan” Şimali Koreyanın ballistik raket sınağından bir gün sonra Cənubi Koreyanın Busan limanına gəlib.

7NEWS.az xəbər verir ki, Şimali Koreyanın ABŞ və Cənubi Koreya arasında real döyüş sursatından istifadə olunduğu genişmiqyaslı təlimə cavab olaraq ballistik raket sınağı keçirməsindən sonra ABŞ-dan yeni addım atılıb. Cənubi Koreya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada ABŞ-ın Cənubi Koreyaya "Ohayo sinifi” idarə olunan ballistik raket sualtı gəmisi "USS Michigan”ı yerləşdirdiyi bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ