ABŞ bir həftə ərzində ikinci dəfə Cənubi Koreya sularına nüvə sualtı qayığı göndərdikdən sonra Şimali Koreya ballistik raket sınağı keçirib.
7NEWS.az xəbər verir ki, ABŞ bir həftə ərzində ikinci dəfə Cənubi Koreyaya nüvə sualtı qayığı göndərdikdən sonra Şimali Koreyanın iki ballistik raket sınağı keçirdiyi bildirilir. Cənubi Koreya ordusunun bəyanatında deyilir ki, ABŞ nüvə sualtı qayığı Cənubi Koreyadakı hərbi dəniz bazasına çatdıqdan bir neçə saat sonra Şimali Koreyadan iki ballistik raket buraxılıb və ölkənin şərq sahillərində dənizə düşüb. Yaponiya Müdafiə Nazirliyi də Şimali Koreyanın raket sınaqlarını təsdiqləyib.
7NEWS.az








