Corciyada girov götürülən qadın və uşaqlar azad olunub.
Məlumata əsasən keçirilən xüsusi əməliyyat nəticəsində insanları girov götürən şəxs yaralanıb.
***
Amerikanın Corciya ştatında, Atlanta yaxınlığında moteldə 11 uşaq və qadın girov götürülüb.
Məlumatda girovların bir kişi tərəfindən saxlanıldığı ehtimal edilir.
Hadisə zamanı girov götürülən uşaqların yaş həddinin 17 yaşdan 3 aya qədər olduğu qeyd edilir.
Girov götürülən qadın 911-ə zəng etməyə imkan tapıb.
Hadisə yerində xüsusi təyinatlılar dəstəsi, polis və xilasedicilər cəlb olunub./azvision
7news.az








