RU
ABŞ-da 16 yaşdan kiçik uşaqlara sosial media qadağan edildi
16:45
34

ABŞ-da 16 yaşdan kiçik uşaqlara sosial media qadağan edildi


Florida ştatının Nümayəndələr Palatası valideynlərin icazəsindən asılı olmayaraq 16 yaşından kiçik hər kəsin sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib. Qanun layihəsinin qanun olması üçün qubernator DeSantisin təsdiqini tələb edir.

7NEWS.az xəbər verir ki, Florida ştatının Nümayəndələr Palatası respublikaçıların təklif etdiyi, 16 yaşından kiçik şəxslərin valideynlərinin razılığı olmadan sosial mediadan istifadəsini qadağan edən qanun layihəsinə səs verib. Bu qadağalardan hansı sosial media şirkətlərinin təsirlənəcəyi ilə bağlı heç bir siyahı verilməsə də, "istifadəçi hərəkətlərini izləyən, uşaqların məzmun yükləməsinə və digər istifadəçilərlə əlaqə saxlamasına imkan verən və asılılıq yaradan məzmun ehtiva edən” bütün platformaların bu qadağaların əhatə dairəsində olduğu bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ