RU
ABŞ-da 3 milyon səs yenidən sayılacaq
15:32
487

ABŞ-da 3 milyon səs yenidən sayılacaq

ABŞ-da prezident seçkilərindən sonra Viskonsin ştatında səslər yenidən sayılacaq.

 

7News.az "Associated Press” agentliyinə istinadən xəbər verir ki, səslərinin hesablanması bu gün başlanacaq və artıq bununla bağlı bütün işlər görülüb, yeni işçilər cəlb edilib.

Qeyd olunub ki, 3 milyon səs "Yaşılların” namizədi Cill Staynın tələb etdiyi kimi, ştatın əksər şəhərlərində əl ilə sayılacaq. 

Qeyd edək ki, belə bir hesablama son 16 ildə ilk dəfədir aparılır. 

Xatırladaq ki, respublikaçı Donald Tramp Viskonsin ştatında Demokratik Partiyadan olan rəqibi Hillari Klintonu 22 min səslə üstələyib.

 
7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ