Silah uşaqların anasının dostuna məxsusdur.
Amerikanın Pensilvaniya ştatının Filadelfiya şəhərində 4 yaşlı qızı 5 yaşlı doğma qardaşı tapançadan açdığı atəş nəticəsində öldürüb.
Yerli polisdən bildiriblər ki, hadisə şəhərin Kensinqston rayonunda yerli vaxtla təxminən 2:30 radələrində baş verib.
Hadisə yerinə gələn həkimlər azyaşlı qızın həyatını xilas edə bilməyiblər.
Polis çavuşu Erik Qripp qeyd edib ki, hüquq-mühafizə orqanları hadisə zamanı evdə böyüklərdən kimin olmasını araşdırır. O, həmçinin əlavə edib ki, tapança uşaqların anasının dostuna məxsusdur.
Silah polis tərəfindən maddi sübut kimi götürülüb, kişi isə axtarışa verilib. /oxu
7news.Az








