Xəbər verdiyimiz kimi, ABŞ-ın Florida ştatında baş verən terror aktı nəticəsində ölü sayı 50-yə çatıb. Yaralananların isə 53 nəfər olduğu bildirilir. Bu barədə məbuata Orlando şəhərinin meri Baddi Dayera məlumat verib.
Terror aktını törədən şəxsin məhv edildiyi bildirilib. Onun 1986-cı il təvvəlüdlü Omar Martin olduğu iddia edilir.
ABŞ mətbuatı terrorçunun fotosunu yayıb.
Hazırda Omar Martin adlı şəxsin radikal dini qruplaşmalarla əlaqəsinin olub-olmaması araşdırılır.
Qeyd edək ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda atışma olub. Hadisə baş verən gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub. /azvision
7news.Az








