ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində atışma baş verib.
7News.Az TASS agentliyinə istinadən xəbər verir ki, naməlum şəxs şəhərin cənub hissəsində insanlara atəş açıb. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Yaralılar xəstəxanalara yerləşdirilib.
Silahlı insidentin təfərrüatı barədə məlumat verilmir. Polis araşdırmalara başlayıb.
7News.Az








