ABŞ-ın Sietl şəhərində naməlum şəxs marşrut avtobusundakı sərnişinləri atəşə tutub.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, silahlı insident nəticəsində iki nəfər həlak olub, iki nəfər yaralanıb.
Atıcı sonradan maşın oğurlayıb aradan çıxmağa çalışsa da, polis əməkdaşları onu saxlayıb. Cinayətin motivləri barədə məlumat yoxdur.
7News.Az










