ABŞ-ın Florida ştatının Hollivud şəhərində baş verən atışma nəticəsində 9 nəfər yaralanıb. Qurbanların bəziləri azyaşlılardır. Bu barədə 7News.az xəbər verir. Məlumata görə, Hollivud Brodveydə baş verən kütləvi atışmadan sonra azyaşlılar da daxil olmaqla 9 nəfər yerli xəstəxanalara aparılıb. Məlumata görə, hadisə yerli vaxtla saat 18:41 radələrində (Bakı vaxtı ilə 00:41) iki qrup insan arasında mübahisə ilə başlayıb. Polis bir nəfəri həbs edib, hazırda digər şübhəlini axtarır. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onların vəziyyəti barədə məlumat verilmir.








