7NEWS.az xəbər verir ki, Hualapai Fövqəladə Əməliyyatlar Təşkilatından verilən açıqlamada, avtobusun Arizonadakı Hualapai qoruğundakı Grand Canyon West üzərində aşıb. Açıqlamaya görə, dünən yerli vaxtla saat 09:50-də Qərbi Qrand Kanyonda avtobusun aşması barədə səlahiyyətlilərə məlumat daxil olub. Xəbərdarlıq üzərinə yanğınsöndürənlər, havadan xilasetmə və tibb qrupları hadisə yerinə yönəldilib. Ümumilikdə 57 nəfərin qatıldığı qəzada 1 nəfərin öldüyü, 8 nəfərin təyyarə ilə ətraf xəstəxanalara çatdırıldığı, yüngül xəsarət alanların isə avtomobil yolu ilə xəstəxanaya çatdırıldığı bildirilib.
7NEWS.az








