RU
ABŞ-da avtomobildə qalan 6 aylıq körpə ölüb
16:10
67

ABŞ-da avtomobildə qalan 6 aylıq körpə ölüb


7NEWS.az xəbər verir ki, ABŞ-ın Arizona ştatında polis dünən xəbər aldıqdan sonra getdikləri evdə 6 aylıq bir körpənin avtomobilin arxa oturacağında təxminən 7 saat təhlükəsizlik kəmərinə bağlı qalaraq öldüyünü açıqladı.
Açıqlamada, "Uşağın anası qonşusundan 6 aylıq körpəsini Preskott Vadisinə aparmasını istəyib. Preskott Vadisindən qayıdarkən körpə qonşunun maşınının arxa oturacağında yuxuya gedib. Qonşudan körpəni bir azdan evə gələcək atasının yanına qoymağı xahiş ediblər. Qonşu saat 14:00 radələrində evə gəlib, maşını qızmar günəşin altında saxlayıb və körpəni maşında unutduğunu iddia edərək evə daxil olub.
Körpənin atası saat 8:45 radələrində anaya zəng edərək qonşunun körpəni nə vaxt ona çatdıracağını soruşub. Hələ də işdə olan ana körpənin maşında qaldığını görən qonşusuna dərhal zəng edib. "Qonşu ata evinə qaçıb və həm ata, həm də qonşu körpəni maşından çıxarıb, 911-ə zəng edərək ürək masajı etmək istəyiblər”.
Polis hadisə ilə bağlı açıqlamasında ana, ata və qonşunun saxlanıldığını və istintaqın davam etdiyini bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ