RU
ABŞ-da azərbaycanlı dələduzlara ittiham irəli sürüldü - ADLAR
15:13
483

ABŞ-da azərbaycanlı dələduzlara ittiham irəli sürüldü - ADLAR

ABŞ-da iyulun 31-də 25 nəfərdən ibarət cinayətkar qrupa qarşı ittiham irəli sürülüb. Qrup üzvlərindən 17-si həbs edilib, səkkizi barədə isə axtarış elan olunub. 

7news.Az ABŞ KİV-ə istinadla xəbər verir ki, aralarında dörd azərbaycanlının da olduğu qrup üzvləri dələduzluqda və 4,5 milyon dollar həcmində çirkli pulların yuyulmasında ittiham olunub. 

ABŞ hüquq-mühafizə orqanlarının məlumatına görə, araşdırmalarda Federal Təhqiqatlar Bürosunun, Gömrük-sərhəd xidmətinin, Nyu-York polisinin və Federal İmmiqrasiya və Gömrük İdarəsinin polis əməkdaşları iştirak edib. 

Saxlanılan şəxslər dələduzluqla bağlı 20 il müddətinə, çirkli pulların yuyulması ilə bağlı 30 il müddətinə azadlıqdan məhrum edilə bilər. Məhkəməyə qədər isə onlar təqsirsiz hesab edilir. 

Qeyd edilib ki, 23 yaşlı azərbaycanlı Elvin Bağır-pur iyulun 24-də Mayamidə həbs edilib. 

Həmin gün Nyu-Yorkda saxlanılan digər 11 nəfər arasında da üç azərbaycanlı olub – 30 yaşlı Sərxan İmamverdiyev, 30 yaşlı Elvin Cavadzadə, 23 yaşlı Dürrə Mehdiyeva.

Manhettonun federal hakimi Ceyms Kottun saxlanılan şəxsləri ittihamla tanış edib. 
İttihamlara əsasən, 2016-cı ilin noyabrından 2018-ci ilin iyulunadək qrup üzvləri bahalı avtomobil almaq istəyən şəxslərdən əldə etdiyi pulları okeanın digər hissəsinə göndəriblər. 

Qrup üzvləri özlərini avtodiller və ya nadir avtomobillərin kolleksiyaçısı kimi təqdim edir, avtomobillərin satışı ilə bağlı tanınmış internet-hərraclarda və ticarət portallarında elanlar yerləşdirirdilər. Onlar tələyə saldıqları insanlarla avtomobilin dəyəri və şərtləri ilə bağlı danışdıqdan sonra avans və avtomobilin alıcının evinə çatdırılması üçün pul alırdılar. 

Nyu-Yorkun Cənub dairəsinin federal prokuroru Ceffri Berman bəyan edib ki, ölkədə bu cür şirkətlərin sayı yüzlərlədir. FTB-nin Nyu-York bölməsinin rəhbəri Uilyams Suini isə əlavə edib ki, zərərçəkmişlər bu şirkətləri qanuni diller hesab edib, ancaq onlar dələduz çıxıblar. 

Dələduzlar pulların şirkətlərin hesabına yatırılmasını gözləyirdi. Pullar yatırıldıqdan sonra onlar hesabdan eyni gündə fərqli banklardan fərqli həcmdə pulları çıxarırdılar. Dəstə üzvləri, əsasən, bir bankdan 10 min dollardan az məbləğ çıxarırdı ki, məsələ ilə bağlı vergi xidmətinə məlumat verilməsin. 

Əldə olunan məbləğlər ABŞ-dan Şərqi Avropa ölkələrinə göndərilirdi. Qurbanlar dəyərini ödədiyi avtomobilləri əldə edə bilmirdilər. Bir çoxları həmin pulları geri qaytara bilməyib, bəzilərinə isə nadir avtomobillər əvəzinə bazarda mövcud olan və satılmayan maşın təqdim olunurdu. 

Prokurorluğunun məlumatında zərərçəkmişlərin sayı, avtomobillərin markaları və dəyərləri açıqlanmır. Məlumatda bildirilir ki, ümumilikdə dələduzlar bu işdən 4,5 milyon dollar qazanıblar.

Name

Age

Nationality

Residence

ASHIROVA

27

Kazakhstan

Brooklyn

BAGHIR-PUR

24

Azerbaijan

Brooklyn

ELIOZASHVILI

44

Georgia

Brooklyn

IMAMVERDIYEV 

30

Azerbaijan

Brooklyn

INADZE

37

Georgia

Brooklyn

JALOLOVA

23

Kazakhstan

Brooklyn

JAVAZADE

30

Azerbaijan

Brooklyn

LEVINSKI

23

United States

Brooklyn

KHUKIASHVILI

63

Georgia

Brooklyn

KHUDAIBERGENOVA

48

Kazakhstan

Brooklyn

KALINITCHEV

62

Ukraine

Brooklyn

MEHDIYEVA

23

Azerbaijan

Brooklyn

NAZINA

29

Ukraine

Brooklyn

PAPOSHVILI

43

Georgia

Brooklyn

SEPIASHVILI

64

Georgia

Brooklyn

STASOVSKIY

58

Russia

Brooklyn

YAZICI

36

Turkey

Brooklyn

PUKE

31

Latvia

Delray Beach, FL

VITOLS

29

Latvia

Delray Beach, FL

DEDUSEV

29

Russia

Los Angeles

LISITSKIY

30

Russia

Los Angeles

LIVADNYI

39

Russia

Los Angeles

TUPIKIN

32

Russia

Los Angeles

MOROZOV

29

Russia

Moscow

STARIKOV

34

Russia

Moscow

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ