7NEWS.az xəbər verir ki, xeyli müddətdir Kaliforniya ştatının San-Fransisko şəhərində yaşayan Samir Quliyev xəstəxanada dünyasını dəyişib.
Yaxınları bildiriblər ki, Samir bir neçə gün əvvəl səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, Samir ştatdakı Azərbaycan diasporunun fəallarından biri imiş.





