7NEWS.az xəbər verir ki, ABŞ-ın investisiya bankları JPMorgan Chase, Citigroup və Wells Fargo bu ilin ikinci rübü üçün balans hesabatlarını açıqlayıb. JPMorgan Chase-in verdiyi açıqlamaya görə, ilin ikinci rübündə bankın xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 18,1 milyard dollara çatıb. JPMorgan Chase 2023-cü ilin ikinci rübündə 14,5 milyard dollar xalis mənfəət açıqladı. Şirkətin səhm üzrə mənfəəti də bu ilin ikinci rübündə 6,12 dollara yüksəlib. Bankın səhm üzrə mənfəəti ötən ilin eyni dövründə 4,75 dollar olub.
7NEWS.az








