Birləşmiş Ştatların Merilend ştatında benzindaşıyan maşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 15-dən çox şəxs xəsarət alıb.
7news.Az Report-a istinadən xəbər verir ki, insident Baltimor şəhəri ərazisində qeydə alınıb.
Sürücü buz bağlamış yolda ötmə əməliyyatı edən zaman sürət həddini aşıb. Nəticədə maşın yolayırıcı çəpərə çırpılıb və aşıb. Bu, güclü partlayışa səbəb olub, çünki maşının çəni dolu olub.
Qəzaya ümumilikdə 20-dək nəqliyyat vasitəsi düşüb.
7news.Az








