7NEWS.az xəbər verir ki, ABŞ-ın Texas ştatının South Padre bölgəsində ictimai çimərlikdə köpəkbalığı hücumu baş verib. Ölkənin Müstəqillik Günü kimi qeyd olunan 4 İyul bayramı səbəbilə çox izdihamlı olan xalq çimərliyində günorta saatlarında baş verən hadisədə uzunluğu təxminən 2 metr olduğu müəyyən edilən köpəkbalığı dənizdə 4 nəfərə hücum edib. Hadisə bölgədəki bəzi vətəndaşlar tərəfindən lentə alınarkən, görüntülərdə yaralı halda dənizdən çıxarılan qadının ayağının bir hissəsinin kəsildiyi görünüb.
7NEWS.az








