RU
ABŞ-da daha 9 qazma qurğusu fəaliyyətini dayandırdı
11:06
256

ABŞ-da daha 9 qazma qurğusu fəaliyyətini dayandırdı

“Baker Hughes” şirkəti məlumat yayıb.

ABŞ-da cari həftədə neft və qazın kəşfiyyatı üçün nəzərdə tutulmuş 9 ədəd qazma qurğusunun fəaliyyəti dayandırılıb və onların sayı ümumilikdə 700 ədəd təşkil edib.

Bu barədə çərşənbə günü “Baker Hughes” şirkətindən deyilib.

“Baker Hughes”in məlumatına görə, ən böyük ixtisar ABŞ-ın Şimal Dakota və Vayominq ştatlarında yerləşən qurğularda olub. Bundan başqa, Arkanzas, Luiziana ştatlarında da analoji vəziyyət müşahidə edilib.

Kaliforniya, Ohayo, Pensilvaniya, Yuta və Qərbi Virciniya ştatlarında bu göstərici dəyişməyib. Kanzasda və Nyu-Meksikada, əksinə, iki belə qazma qurğusu quraşdırılıb.

Qeyd edək ki, ABŞ-da qazma qurğularının sayı 1981-ci ildə daha çox, 4530 ədəd olub. Ən aşağı göstərici isə 1999-cu ildə qeydə alınıb. Bu vaxt belə qurğuların sayı 488 ədəd olub.

Ekspertlər bunu neftin qiymətinin kəskin azalması və ABŞ-da şist neftinin hasilatının səmərəliliyini itirməsi ilə əlaqələndirirlər./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ