ABŞ-da polislərin iştirakı ilə daha bir qalmaqal yaşanıb.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Karolinada yol-patrul xidmətinin əməkdaşları kar sürücünü güllələyiblər. Belə ki, 29 yaşlı Deniel Harris sürəti artırıb, lakin polislərin dayanmaq əmrini eşitməyib. Sürücünü evinə qədər təqib edən polislər ona atəş açıblar.
Şahidlərin sözlərinə görə, evinin qarşısında düşən Harris ancaq o zaman ona tərəf qaçan polisləri görüb. Sürücü onlarla jestlərin dili ilə danışmağa cəhd etsə də, polislər dərhal atəş açıblar.
Qeyd edək ki, təkcə bu il Amerika polisi 491 nəfəri güllələyib.








