RU
ABŞ-da daşqınlar 23 nəfərin həyatına son qoyub
13:56
1533

ABŞ-da daşqınlar 23 nəfərin həyatına son qoyub

ABŞ-ın Virciniya və Qərbi Virciniya ştatlarında leysan yağışlar nəticəsində 23 nəfər həlak olub.

Ştat rəhbərliyi hadisə baş verən ərazilərdə fövqəladə vəziyyət elan edib. Davamlı yağışlar sonrası yaranan daşqınlar nəticəsində evlər və yollar su altında qalıb, körpülər dağılıb.

500 nəfərin Elkvyu şəhərindəki ticarət mərkəzində köməksiz vəziyyətdə qaldığı bildirilir. Ticarət mərkəzini şəhərin mərkəzi ilə birləşdirən körpü suyun təzyiqi altında uçduğundan onlar ərazini tərk edə bilməyiblər. Xilasedicilər insanları xilas etmək üçün müvəqqəti körpü tikmək qərarına gəlib.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ