RU
ABŞ-da dəhşətli hadisə - Timsah uşağa hücum etdi
17:54
1399

ABŞ-da dəhşətli hadisə - Timsah uşağa hücum etdi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Florida əyalətində dəhşətli hadisə baş verib.

7News.az xəbər verir ki, ailəsi ilə birlikdə istirahət etmək üçün parka gedən iki yaşlı uşaq timsahın hücumuna məruz qalıb. Gölün kənarında oynayarkən qəfil balacanın üzərinə şığıyan timsah, onun ayaqlarından yapışaraq suya tərəf aparıb. Ətrafdakı insanların və valideynlərin səylərinə baxmayaraq balacanı xilas etmək mümkün olmayıb. Valideynlər uşağı timsahın ağzından çıxarmaq üçün öz həyatlarını da təhlükəyə atıb.

Hadisədən dərhal sonra əraziyə müvafiq qurumun nümayəndələri cəlb olunub. Amma axtarışlar hələki nəticə verməyib. Uşaq və timsahın izinə rast gəlmək mümkün olmayıb.

Bəzi dairələr hadisəyə görə park nümayəndələrini, bəziləri isə valideynləri günahlandırır. Onların fikrincə göldə timsahın ola biləcəyini guman etmək olardı. İlk dəfə deyil, həmin göldə timsaha rast gəlinir.

Qeyd edək ki, Florida ölkədə timsahların sayının çoxluğuna görə birinci sıradadır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ