ABŞ-ın Florida ştatının Alaçua vilayətində yük avtomobilin iştirakı ilə ağır qəza baş verib.
7News.Az xəbər verir ki, bununla bağlı yerli yanğınsöndürmə idarəsinin "Facebook” hesabında məlumat yerləşdirilib.
Qəzadan sonra 200 litr dizel yanacağı ətrafa dağılıb və yanğına səbəb olub.
Hadisə zamanı altı nəfər həyatını itirib, səkkiz nəfər isə yaralanıb.
7News.Az








