RU
ABŞ-da etiraz aksiyası
22:05
1509

ABŞ-da etiraz aksiyası

ABŞ-ın Minnesot ştatının Sent-Pol şəhər polisi afroamerikalı Filando Kastilanın qətlə yetirilməsi ilə əlaqədar etiraz aksiyasında iştirak edən ən azı 100 nəfəri saxlayıb.

 

Yerli polisin təmsilçisi Stiv Linders bildirib ki, 50 nəfər şənbə günü aksiyanın gedişində, 50 nəfər isə axşam saatlarında saxlanılıb.

S. Linders aksiya iştirakçılarının polisə daş, butulka və kərpic atdıqlarını söyləyib. Polis rəisi Todd Akstell isə aksiya iştirakçıları və polis arasında baş verən toqquşma zamanı 21 polis əməkdaşının xəsarət aldığını, 6 polisin isə yüngül yaralandığını açıqlayıb./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ