RU
ABŞ-da etiraz aksiyasının iştirakçıları özlərini çətirlərlə müdafiə etdilər - VİDEO
15:10
188

ABŞ-da etiraz aksiyasının iştirakçıları özlərini çətirlərlə müdafiə etdilər - VİDEO

Etiraz aksiyasının iştirakçıları polisin rezin güllə və gözyaşardıcı qazla hücumlarından özlərini çətir və maskalarla müdafiə ediblər.

RT-nin məlumatına görə, kadrlar ABŞ-ın Portlend şəhərində qeydə alınıb.

ABŞ-da polis zorakılığı ilə əlaqaədar həyatını itirən qaradərili Corc Floydun ölümü ilə bağlı iki həftədən çoxdur ki, iğtişaşlar davam edir.

Mayın 25-də Corc Floyd saxta əsginaslarla ödəniş şübhəsi səbəbindən saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür.

Kadrlarda C.Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ