RU
ABŞ-da etirazlar səngimir - 211 nəfər tutulub
11:23
448

ABŞ-da etirazlar səngimir - 211 nəfər tutulub

Donald Trampın prezident seçilməsinin əleyhinə olan şəxslər artıq üçüncü gündür ki, ABŞ-ın bir sıra şəhərlərində etiraz aksiyaları keçirir.

 

7news.Az "Reuters”-ə istinadən xəbər verir ki, Trampın immiqrant, müsəlman və qadınlara qarşı ritorikasından narazı qalan şəxslər gecənin düşməsi ilə şəhər keçələrinə axışıb, etirazlarını bildiriblər.

Agentliyin məlumatına görə, etirazlar Nyu-York, San-Fransisko, Filadelfiya, Portlənd, Vaşinqton və Los-Ancelesdə olub.
keçirilib. 

Atlantada etirazçılar ABŞ bayrağını yandırıblar. Portlənddə isə etirazçılar polis maşınlarını daş qalaq ediblər. Bu şəhərdə ən azı 26 nəfər, Los-Ancelesdə isə əsasən yolları bağlayan 185 nəfər tutulub. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ