RU
ABŞ-da fabrikdə partlayış zamanı 2 nəfər ölüb, 9 nəfər itkin düşüb - YENİLƏNİB
10:10
66

ABŞ-da fabrikdə partlayış zamanı 2 nəfər ölüb, 9 nəfər itkin düşüb - YENİLƏNİB

ABŞ-ın Pensilvaniya ştatının Uest-Redinq şəhərindəki "R.M. Palmer Company” şirkətinin şokolad fabrikində baş verən partlayış və yanğın zamanı azı 2 nəfər ölüb, daha 9 nəfər itkin düşüb.

Bu barədə "Associated Press" məlumat yayıb.

Zavodun binasının uçduğu, qonşu binaya da ziyan dəydiyi qeyd edilir.

Uest Redinq xəstəxanasının sözçüsü bildirib ki, hadisə nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirilib.

07:05
ABŞ-ın Pensilvaniya ştatında "R.M. Palmer Company” şirkətinin şokolad fabrikində baş verən partlayış və daha sonra yanğın nəticəsində 6 nəfər xəsarət alıb.

7News.Az NBC 10-a istinadən xəbər verir ki, fabrikdə insident yerli vaxtla təxminən saat 17:00-da (Bakı vaxtı ilə saat 01:00 - red.) qeydə alınıb. Hazırda yanğınsöndürənlər hadisənin fəsadlarını aradan qaldırmağa davam edir.

Eyni zamanda, şəhər xəstəxanası altı nəfərin təcili yardım nəticəsində xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ