RU
ABŞ-da gecə klubunda atışma:
17:43
1536

ABŞ-da gecə klubunda atışma:

Hadisə Orlando şəhərində baş verib.

ABŞ-ın Orlando şəhərindəki gecə klublarından birində baş verən atışma zamanı 20 nəfər həyatını itirib.

7news.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Orlandonun polis şefi Con Mina keçirdiyi mətbuat konfransında məlumat verib.

“42 nəfər xəstəxanaya yerləşdirilib və təqribən 20 nəfər klubda ölüb”, — deyə Mina yerli telekanallarla yayımlanan mətbuat konfransında bildirib.

15:19

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubuna silahlı basqın olub.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs gecə klubuna girərək insanları girov götürüb.

Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı şəxsi zərərsizləşdirə biliblər.

Şahidlər verdiyi məlumata əsasən, atışma zamanı ən azı 25 nəfər yaralanıb.

7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ