RU
ABŞ-da güclü qar həyatı iflic etdi
00:50
429

ABŞ-da güclü qar həyatı iflic etdi

ABŞ-ın cənub-şərq əyalətlərində davam edən əlverişsiz hava şəraiti insan tələfatının artmasına səbəb olub. Daşqınlar, qasırğa, tufan azı 43 nəfərin ölümünə səbəb olub.

Ölkənin 4-cü ən böyük şəhəri olan Dallasda 11 nəfər təbii fəlakətin qurbanı olub. Bəzi yaşayış məntəqələrində elektrik enerjisi kəsilib. Külək xeyli sayda evin dam örtüklərini uçurub. Sakinlərin Yeni il şənliklərindən qayıdışı zamanı baş verən qəzalar üzündən yollarda tıxac yaranıb.

Missuri və Nyu-Mexiko ştatlarında hakim dairələr fövqəladə vəziyyət elan edib və əhalini evakuasiyasını həyata keçirib.

Sinoptiklər isə yaxın günlərdə havaların yaxşılacağını vəd etmir. Regionda yeni sel və daşqınların olacağı gözlənilir./atv

7news.az

 

 
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ