7NEWS.az xəbər verir ki, ABŞ-ın Nevada ştatında, Las-Veqasdan təxminən 400 kilometr şimalda yerləşən Eli şəhərindəki yüksək rejimli həbsxanada məhbuslar arasında dava düşüb. Döyüşdə 3 məhbus həyatını itirib, 9 məhbus isə yaralanıb. Həbsxana əməkdaşlarının döyüşdən sağ-salamat xilas olduqları bildirilib.
7NEWS.az








