RU
ABŞ-da hər 40 saniyədə bir nəfər bu xəstəlikdən ölür
14:00
226

ABŞ-da hər 40 saniyədə bir nəfər bu xəstəlikdən ölür

Yoluxma sayının böyük bir sürətlə artdığı ABŞ-da ilk dəfə koronavirus səbəbilə həyatını itirənlərin sayı 2157-yə çatıb.

Rəqəmlər ölkədə hər 40 saniyədə bir nəfərin koronavirusdan öldüyünü göstərir. Gün ərzində daha 170 min nəfərin COVID-19 testi pozitiv çıxıb. 

Bildirək ki, Amerikada normal şəraitdə hər il Şükranlıq Günü amerikan ailələr bir-birləriylə görüşər və bərabər yemək yeyərdilər. Lakin bu il dövlət rəsmiləri xalqa müraciət edərək, "Gələn il bayramı ailənizlə birgə qeyd etmək istəyirsinizsə, bu ilki tədbiri Zoom vasitəsilə edin",- deyə xəbərdarlıq ediblər.

Qeyd edək ki, ABŞ-da bu günədək virus 268 221 nəfərin həyatına son qoyub, 13 138 204 insan isə koronavirusa yoluxub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ