7NEWS.az xəbər verir ki, ABŞ Əmək Departamenti oktyabr ayı üçün idxal və ixrac qiymətləri indeksi məlumatlarını açıqlayıb. Oktyabrda ölkədə idxal qiymətləri indeksi əvvəlki ayla müqayisədə yanacağın ucuzlaşmasının təsiri ilə 0,8 faiz azalıb. Oktyabr ayında iyun ayından bu yana ilk dəfə azalmasını qeyd edən indeks üçün bazar gözləntisi sözügedən dövrdə 0,3 azalma idi. Sentyabrda idxal qiymətləri indeksi 0,4 faiz artıb. Oktyabrda indeks keçən ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalıb.
7NEWS.az








